Xarici pasport nə üçün lazımdır?
Hər kəsin bildiyi kimi Türkiyəyə səfər üçün xarici pasporta ehtiyac yoxdur, daxili pasportla (şəxsiyyət vəsiqəsi) ilə gediş-gəliş mümkündür, lakin 90 gündən artıq qalmaq və çalışmaq üçün xarici pasportla Türkiyə səfirliyinin visa şöbəsinə müraciət edib, çalışma izni almaq lazimdır.
Niyə iş yeri ilə olan müqavilə 12 aylıqdır, ama çalışma az olur?
Çalışma izni minimum 1 illik verilir, çalışmaq isə otel, mövsüm və qonaq sayından asılıdır. Minimum 6 ay, maximum isə 9 ay çalışmaq fürsəti verilir.
12 aylıq çalızma iznim varsa, oteldə sezon bağlandıqdan sonra ölkədə qala bilərəm mi?
Mövsümü bağlamadan öncə otel şirkətə eləcə də personelə öncədən geri dönüş haqda məlumat verir. Əgər personel imtina edərsə, otel geri dönüş biletini almır, və vizasına imtina verir. İmtina verildiyi halda TC-də qeyri rəsmi şəkildə qalmış olursunuz, elə olduğu halda isə sərhədi keçdiyinizdə cərimə ödəmiş olursunuz. Bu biz tərəfdən bir mənalı olaraq tövsiyyə olunmur !
Əgər yay aylarında işə başlayırıqsa, nə üçün seçimlər qış aylarında olur?
Bu sualın cavabı çox sadədir. Otel sayı çoxdur, və alacağı personel sayı da çoxluq təşkil edir. Hər bir namizəd ilə ayrı-ayrı görüşüb, müsahibə aparılır – bu az vaxt tələb etmir. Otel tərəfdən seçilmiş olan namizədlərin sənəd hazırlanması 30-45 gün ərzində hazır olur.
Çalışma izni nə üçündür?
Bizim şirkətlə əməkdaşlıq edən hər kəsin bütün işləmləri rəsmi qaydada aparılır. İstənilən xarici ölkədə çalışmaq üçün çalışma izni tələb olunur.
Çalışma izni varsa, əlavə oturum izni olması lazımdır mı?
Çalışma izni yalnız çalışmaq üçün olsada, imtina verilən günə qədər sizin orda avtomatik olaraq oturum izniniz də qüvvədə olur.
Mən ailəmlə gedə bilərəm mi?
Siz ailənlə gedə bilərsiniz, lakin işçidən başqa otel heç kimsəyə heç bir halda uçuş biletini almaz, eləcə də digər xidmətlərdən yararlanmağa izni olmayacaq (qalacaq yer, qidalanma v.s.)
Lojmandan imtina edib, özüm ev kiralayıb qala bilərəm mi?
Çalışdığınız yer kurort zona olduğu üçün, ev kiraların qiyməti yüksəkdir. Bu biz tərəfdən bir mənalı olaraq tövsiyyə olunmur !
Mən 9 saatdan çox çalışmaq istersəm əgər, mümkündür?
Extra time həftə əzrində 4 saat mövcuddur, ehtiyac olduğu halda.
Şirkətlə getməyin üstünlüyü nədir?
Şirkətlə iş birliyi sizin üçün ilk növbədə bir siğortadır. Müraciət etdiyiniz gündən etibarən, çalışıb geri dönəcəyiniz günə qədər şirkət sizin bütün haqqlarınızı qoruyur, və 7/24 sizinlədir.
Birdəfəlik qalmaq şansım var mı?
Əgər işiniz və davranışın bəyənilərsə, 3 tərəfli (namizəd, şirkət və otel) razılığı əsasında sizin müqavilə uzadıla bilər, və 2 mövsüm sonra otel sizi rəsmi olaraq stajer kimi deyil, işçi kimi birdəfəlik işlə təmin edə bilər