Güvən
Karyera
Namizəd
Biz 2019-cu ildən fəaliyyətə başlamışıq. Əsas məqsədimiz və hədəfimiz sizlər üçün karyeranıza dəstək olmaq və sizlərin məmnuniyyətini qazanmaqdır.
PremierWorks Azərbaycanda 2021-ci ildə təsis olunmuşdur və bu gün artıq 5 illik fəaliyyət təcrübəsi ilə regionda etibarlı insan resursları və karyera inkişafı tərəfdaşı kimi tanınır.
Şirkətimizin əsas məqsədi əmək bazarında beynəlxalq əlaqələri gücləndirmək, fərqli ölkələrdə fəaliyyət göstərən işəgötürənlərlə namizədləri bir araya gətirmək və bu prosesdə hər iki tərəf üçün şəffaf, peşəkar və etibarlı əməkdaşlıq mühiti yaratmaqdır.
🔹 Kadr seçimi və işə qəbul
PremierWorks Türkiyə üzrə turizm sektorunda fəaliyyət göstərən müəssisələr üçün azərbaycanlı kadrların peşəkar seçimi və işə qəbulu xidmətini təqdim edir. Hər bir namizədin ixtisası, bacarıqları və potensialı diqqətlə dəyərləndirilir və uyğun iş imkanları ilə təmin edilir.
🔹 Beynəlxalq təcrübə proqramları
Şirkətimiz tələbə və gənc mütəxəssislərin Türkiyə və digər xarici ölkələrdə təcrübə proqramlarında iştirakını dəstəkləyir. Bu proqramlar iştirakçılara həm peşəkar biliklərini artırmaq, həm də beynəlxalq iş mühitində özlərini sınamaq imkanı yaradır.
🔹 Karyera inkişafı və məsləhət xidmətləri
Namizədlərə yalnız iş tapmaqda deyil, həm də karyera planlamasında dəstək göstəririk. Onların uzunmüddətli inkişafı üçün məsləhət və istiqamətləndirmə xidmətləri təqdim edirik.
🔹Missiyamız
Bizim missiyamız insanların rahat, təhlükəsiz və etibarlı iş imkanlarına çıxışını təmin etmək, onların bilik və bacarıqlarını qlobal əmək bazarında dəyərləndirməkdir. Hər bir müştəri və namizəd üçün fərdi yanaşma ilə ən uyğun həllər təklif edirik.
PremierWorks olaraq, qarşıdakı illərdə fəaliyyət sahəmizi yalnız turizm sektoru ilə məhdudlaşdırmırıq.
Müxtəlif sahələr üzrə kadr təminatının genişləndirilməsi
Daha çox ölkədə iş imkanlarının təqdim olunması
Beynəlxalq əmək bazarında tanınmış və etibarlı tərəfdaş olmaq
Explore our portfolio of successful projects that showcase the impact we ve made
© Premierworks 2025 Bütün hüquqlar qorunur.